Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Zeynalova Əsmət İsfəndiyar qızıMütəxəssislər

Zeynalova Əsmət İsfəndiyar qızı Həkim-oftalmoloq, elmi işçi İxtisaslaşma:Gözün yoluxucu xəstəlikləri üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Təhsil:

1965-1971 - N.Nərimanov ad. Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültə

1979-1980 - N.Nərimanov ad. Azərbaycan Tibb İnstitutunun göz xəstlikləri kafedrası, iş yeri

1980 - Helmqolts adına Moskva elmi-tədqiqat göz xəstəlikləri institutu, 1aylıq ixtisaslaşma kursları

2013 - Əziz Əliyev adına  Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun göz xəstəlikləri kafedrası, təkmilləşmə kursları

 

İş təcrübəsi:

Gözün və onun əlavə organlarının yoluxucu,iltihabi və allergic xəstəliklərinin müalicəsi

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.