Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Zərgərli İlham Ağasəf oğluMütəxəssislər

Zərgərli İlham Ağasəf oğlu Aparıcı elmi işçi \ Tibb üzrə fəlsəfə doktoru İxtisaslaşma:Oftalmotravmatoloq , "Gözün zədəsinə aid xəstələrin cərrahi və konservativ müalicəsi" üzrə mütaəxəssis

 

 

 

 

 

 

 

Zədə bölməsi

Təhsil:

1978 - N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutu

 

Transkanalikulyar YAQ-lazerlə dakriosistorinostomiya üsullarının mənimsənilməsi haqqında şəhadətnamə (Rusiya, Ufa şəhəri, 2008 ci il)

(şəhadətnamə №625, Ufa ET göz xəstəlikləri İnstitutu)

 

Kliniki təcrübə:

Gözün yaralanmaları zamanı birincili mikrocərrahi işlənmə əməliyyatları, göz daxili yad cisimlərin xaric edilməsi, göz almasının küt zədələnmələri

gözün yardımçı aparatı yaralanmalarının cərrahi işlənməsi,göz yaşı aparatının xəstəlikləri zamanı (göz yaşı nöqtələrinin və göz yaşı kanalcıqlarının darlaşması

atoniyası, xroniki dakriosistiflər, göz yaşı burun axarının keçməməzliyi (yaşlı və uşaqlarda)), göz yaşı aparatının yaralanmaları, qanadvari pərdənin (pterigium) götürülməsi

travmatik katarakta və ikincili postravmatik qlaukomanın cərrahiyyəsi, gözün yanıqlarının müalicəsi, göz almasının xaric edilməsi (endoplantın implantasiyası ilə)

gözə bioloji örtüyün tikilməsi

 

Zədə bölməsi

Azərbaycanda yeganə olan gozün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsi akademik Zərifə Əlieva adına Milli Oftalmologiya Mərkəzinin, nəzdində 1964 ildə yaradılaraq, fəaliyyət göstərir.

Göz zədələrinin nozoloji vahidlərinə aiddir: orbita, göz qapaqları və yaş aparatının zədələnmələri, göz almasının dəlib-keçən və dəlib-keçməyən yaralanmaları, orbita və gözün yad cismləri, göz almasının kontuziyası, travmatik katarakta, gözün posttravmatik iltihabi xəstəlikləri, gözün yanıqları, ikicili qlaukoma, buynuz qişanın posttravmatik  muxtəlif mənşəli keratit və xoraları.

Göz yaralanmaları olan xəstələrdə muayinələrdən (rentgen, ultrasəs, kompüter tomoqrafiyası və sairə ) sonra təçili olaraq yaralanmanın tam həçmdə birinçili mikroçərrahi işlənməsi əməliyyatı aparılır, bu da travmanın fəsadlarının azalmasına imkan yaradır.

Görmə orqanının zədələnmələri zamanı oftalmotravmatoloq, anestezioloq, rentgenoloq, anesteziya və cərrahi tibb bacılarından ibarət olan növbətçi briqadalar  24 saat ərzind’ fəaliyyət göstərir.

Şöbədə müxtəlif göz zədələnmələrinin erkən və uzaq fəsadlarının cərrahi və konservativ mualicəsi təmin olunur.

Gözun zədələnmələrinin fəsadı olan travmatik kataraktalar iki növ cərrahi usulun və zədələnmiş toxumalarda rekonstruksiya elemtntlərinin  tətbiqi ilə aradan göturulur:

- suni büllurun implantasiyası ilə travmatik kataraktanın ekstrarapsulyar ekstraksiyası;
- süni büllurun implantasiyası ilə travmatik kataraktanın fakoemulsifikasiyası.

Bununla da zədələnmiş gözün funksional və kosmetik bərpası tamamlanır.

Göz almasının subatrofiyası zamanı kosmetik bərpani təmin etmək uçun müxtəlif orbital implantların implantasiyası ilə tam həçmli reabilitasiya tədbirləri aparılır.

Ağır fəsadlardan biri də göz qapaqlarının travmatik ptozu, çapıqlaşması və deformasiyalarıdır.  Bu fəsadlar göz qapaqlarının ağır yaralanmaları və kimyəvi yaniqları nətiçəsində əmələ gəlir. Plasnik və rekonstruv əməliyyatlar vasitəsi ilə fəsadlar aradan götürülür və göz qapaqlarının kosmetik və funksional bərpası təmin olunur.

Şöbənin əməkdaşları butun əməliyyatlrı yeni texnologiyaların tətbiqi, və müasir cihaz  (ZEISS OPMI LUMERA; ALCON INFINITY; ALCON LEQASI) və alətlərin istifadəsi ilə yerinə yetirirlər.