Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Vəlixan Eldar BorisoviçMütəxəssislər

Vəlixan Eldar Borisoviç Həkim-oftalmoloq

 

 

 

 

 

 

 

 

 

Gözün yoluxucu xəstəlikləri bölməsi

Təhsil:
1980-1986 - Azərbaycan Tibb Universiteti
1986-1987 - İnternatura - Az.E.T Oftalmologiya institutu 
1987-1990 - Salyan MRH, həkim oftalmoloq 
1990-1992 - Kliniki  ordinatura - Az.E.T Oftalmologiya İnstitutu

 

İş təcrübəsi:
1992 ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır.


Hazırki fəaliyyəti:

Gözün və onun əlavə organlarının yoluxucu, iltihabi, allergik xəstəliklərinin müalicəsi

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.