Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Şəkərov Bəxtiyar Əhməd oğluMütəxəssislər

Şəkərov Bəxtiyar Əhməd oğlu Həkim-anestezioloq
Masallı regionnal filialı

Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisinə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi  məqsədi ilə 2008 il oktyabrın 7-də Masallı şəhərində  akademik Zərifə  Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional şöbəsi açılmışdır. Klinika ən müasir diaqnostik və  cərrahi avadanlıqlarla təhciz edilmişdir (Leica, Accurus Alcon, Legacy və s.).  Klinikanın fəailiyyəti  müntəzəm şəkildə  aparılır. Klinikanın işi üç əsas istiqamətdə  aparılır.

- Görmə orqanı patologiyasının erkən aşkar edilməsi,  qeydə  alınması, dispanserizasiyası, pasientlərə oftalmoloji yardım,  ən müasir diaqnostik, konservativ və cərrahi texnologiya növlərinin tətbiqi və  həyata keçirilməsi
- Yerli və  ətraf rayonların müvafiq sahə üzrə mütəxəsislərinin bilik və  təcrübələrinin artırılması, aktual problemlərə həsr olunmuş və canlı  cərrahiyyənin müşayəti ilə konfrans və  seminarların keçirilməsi
- Yerli əhalinin oftalmoloji xəstəliklər və  onların gözlənə bilinən fəsadları  barədə məlumatlandırılması.

Yüksək ixtisaslı oftalmoloji müayinələrin aparılması (vizometriya, tonometriya, avtorefraktokeratometriya, biomikroskopiya, gözün AB-skannoqramması,  görmə sahəsinin müayinəsi,  optik koherent tomoqrafiyası (Zeiss), göz dibinin fotoregistrasiyası və s.) nəticəsində görmə orqanının ön və  arxa seqmentinin bütün növ patologiyalarının müayinəsi,  differensial diaqnostikası  və  müalicəsi  mümkündür. 

Burada beynəlxalq texniki və  tibbi  standartlara cavab verən Cərrahiyyə blokunda müxtəlif növ oftalmoloji əməliyyatlar aparılır (kataraktanın fakoemulsifikasiyası, antiqlaukomatoz,  çəpgözlüyə qarşı,  yaş yollarının patologiyası, intravitreal anti-VEGF preparatların vurulması və s.).  2014-cü ildən fotorefraktiv cərrahi əməliyyatlarda aparılır. Əməliyat növündən asılı olmayaraq pasientlər əməliyyatqabağı lazımi laborator, elektrokardioqrafik və müvafiq sahə üzrə mütəxəssis müayinələrindən keçirilir və  əməliyyata göndərilirlər.  Vitreoretinal cərrahiyəsinin tətbiqi yaxın gələcəkdə  planlaşdırılır.

Masallı regional şöbəsinin fəailiyyəti  cənub bölgəsində görmə orqanını xəstəliklərinin profilaktikasında, vaxtında aşkar edilməsində və  müalicəsində mühüm rol oynayır.