Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Şahmalıyeva Aişəxanım Nəcməddin qızıMütəxəssislər

Şahmalıyeva Aişəxanım Nəcməddin qızı “Lazer cərrahiyyəsi” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, həkim-oftalmoloq İxtisaslaşma:“Lazer Cərrahiyəsi” üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Lazer cərrahiyyəsi bölməsi

Təhsil:

1981-1987 - Azərbaycan  Tibb  Üniversiteti

1987-1988 - İnternatura - “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə 

1993 - "Oftalmologiya" ixtisası üzrə ixtisaslaşma kursu

2000 - Rusiya EA nəzdində “Endokrinologiya” mərkəzində “Lazer cərrahiyyəsi və flüoressent angioqrafiya” üzrə kurs

2004 - St. Peterburq şəhəri S.Fyodorov adına SETM-də “Lazer cərrahiyəsi və flüoressent angioqrafiya” üzrə kurs

 

“Diabetik  retinopatiyanın  kombinəşəkilli  müalicəsinin  müasir  aspektləri” (diplom  E№02887) mövzusu üzrə tibb üzrə fəlsəfə doktoru

 

İş  təcrübəsi:

1999 - cu ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır.

 

Diabetik retinopatiya, tor qişa venasının trombozu, müxtəlif mənşəli uveitlər, yaşa bağlı makula degenerasiyası, mərkəzi seroz xoriopatiya və

digər göz dibi xəstəliklərinin lazer, konservativ müalicəsi, flüoressent angioqrafiya üzrə mütəxəssis.

 

Lazer cərrahiyyəsi şöbəsi

“Lazer cərrahiyyəsi”  şöbəsində  “Alcon” (ABŞ) istehsalı  Model 3000 LE,Nd: YAG ophtalmic Lazer system, 1064 nm dalğa uzunluqlu cihazı ilə aşağıdakı əməliyyatlar həyata keçerilir.

1. İkincili kataraktanın lazer dissiziyası (kapsulotomiya)
2. Suni büllurun optik hissəsinin presipitatlarının xaric olunması
3. Bəbək nahiyyəsində uveit mənşəli fibroz pərdənin membranoektomiyası – bəbk membranının destruksiyası
4. Qapalı bucaqlı qlaukomanın periferik iridektomiyası
5. Bəbək ətrafı bitişmələrin dissiziyası – ön sinexiotomiya, şüşəvari cisim ön hissə fibrozunun dissiziyası – arxa sinexiotomiya
6. Bəbək blokunun aradan qaldırılması – iridotomiya
7. Ön kamera kistalarının lazer cərrahiyyəsi – kistodestruksiya