Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Quliyeva Minarə Həmid qızıMütəxəssislər

Quliyeva Minarə Həmid qızı Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru İxtisaslaşma:Gözün infeksiya xəstəlikləri üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Təhsil:

1980-1986 - Azərbaycan Tibb Universiteti

1986-1987 - internatura - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

1992-1994 - ordinatura - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

2001-2006 - aspirantura - Helmqolts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu

 

2006 - “ЭКСПЕРИМЕНТАЛЬНЫЕ И КЛИНИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ ГЛАЗНЫХ КАПЕЛЬ ОФТАЛЬМОФЕРОН  В ЛЕЧЕНИИ ГЕРПЕТИЧЕСКИХ КЕРАТИТОВ “ mövzusunda Helmqolts adına Moskva Elmi Tədgiqat Göz Xəstəlikləri İnstitutunda tibb  elmləri namizədi  dissertasiyası müdafiə olunmuşdur.

 

İş təcrübəsi:

1994-2017 - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – Gözün yoluxucu xəstəlikləri şöbəsində çalışır.

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.