Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Nəsrullayeva Naidə Arif qızıMütəxəssislər

Nəsrullayeva Naidə Arif qızı Həkim-nevroloq, tibb elmləri üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

Konsultativ poliklinika sobəsi

Təhsil:

1993-1998 - Azərbaycan Tibb Univeriteti

1998-1999 - İnternatura - Respublika Ginekologiya və Mamalıq İnstitutu 

Kurslar:

“European Headache Summer School”, May,2008, Baku, Azerbaijan                           
“Salzburg Weil Cornell Seminar in Neurology”, Mart, 2012 , Salzburg, Austria 
“EFNS Academy 2012, Spring Scholl for Young Neurologists”,  May, 2012, Czech Republic,
“Department - Department Cooperation Programme”,  University Hospital –Rigshospitalet, May-June, 2014, Denmark, Copenhagen

 

“Optik nevrit ilə başlayan dağınıq sklerozla xəstələrdə  axonal degenerasiya və remielinizasiyanin kliniki və neyrofizioloji tədqiqi Açılışında optik nevrit ilə çox skleroz və clinico-neyrofizioloji” mövzusunda dissertasiya.

 

İş təcrübəsi:

1999-2002 - Azərbaycan Milli Ailə və Sağlamlıg Mərkəzi

2003-2005 - ”İnam” Özəl Tibb Mərkəzində həkim-nevropatoloq

2005-cı ildən bu günə kimi  Аkademik Zərifə Əliyeva adına  Milli Oftalmologiya Mərkəzi (Həkim-nevropatoloq)

 

Azərbaycan Nevroloqlar Assosiasiyasının üzvüdür.

 

Konsultativ poliklinika şöbəsi

Şöbə müdiri – Nuriyeva N.M.

Konsultativ- poliklinik şöbədə xəstələrin qəbulu yüksək ixtisaslı həkimlər, tibb elmləri namizədi dərəcəsinə malik olan mütəxəssislər, professorlar tərəfindən aparılır.

Konsultativ- poliklinik şöbə saat 09.00-dan 17.00-dək fasiləsiz fəaliyyət göstərir. Iş saatından sonra müraciət edən təcili xəstələrin müayinəsini növbətçi həkim aparır. Ehtiyac olduqda yüksək ixtisaslaşmış həkimlərlə konsultasiya aparılır və xəstələrə təcili oftalmoloji yardım göstərilir.

Şöbə hər növ müasir diaqnostik avadanlıqlarla təchiz edilib və hərtərəfli oftalmoloji müayinələrin aparılması üçün müvafiq şəraitə malikdir. Müxtəlif oftalmoloji xəstəliklərin diaqnozunu dəqiqləşdirmək üçün kabinetlərdə aşağıdakı müayinələr aparılır:

- Viziometriya
- Biomikroskopiya
- Oftalmoskopiya
- Refraktometriya
- Buynuz qişanın topoqrafik müayinələri
- Spekulyar mikroskopiya
- Tonometriya və tonoqrafiya
- HRT
- Perimetriya
- Gözün ultrasəs müayinəsi (A-B scan)
- Kompyuter tomoqrafiya
- ERQ
- Ön və arxa Optik Koherent Tomoqrafiya
- Gözün flyuoressent angioqrafiyası
- Rentgen
- EKQ

Şöbədə ixtisaslaşmış yüksək səviyyəli personalın fəaliyyət göstərdiyi aşağıdakı patalogiyalar üzrə kabinetlər mövcuddur:

- Gözün refraksiya patalogiyaları
- Buynuz qişa xəstəlikləri
- Gözün infeksion xəstəlikləri
- Uveit
- Büllurun patalogiyası
- Göz daxili təzyiqin yüksəlməsi (Qlaukoma)
- Tor qişa və görmə sinirinin patalogiyaları
- Şəkərli diabetin göz fəsadları
- Gözün, orbitanın və göz ətrafı toxumaların zədələri
- Oftalmoonkoloji xəstəliklər

Şöbədə uşaqlar üçün xüsusi hazırlanmış kabinetlərdə yüksək ixtisaslaşmış həkimlər tərəfindən anadangəlmə qüsurlar, çəplik, yarımçıq doğulmuş uşaqların retinopatiyası və müxtəlif uşaq patalogiyalarının ətraflı müayinəsi, diaqnostikası və müalicəsi aparılır.

Konsultativ-poliklinik şöbədə müxtəlif patologiyalarla müraciət edən xəstələrə hərtərəfli müayinə, diaqnostika və müalicə tədbirləri həyata keçirilir. Ağır patalogiyalı xəstələrin dəqiq diaqnostika və müalicəsi üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən konsilium keçirilir.

Şöbədə müxtəlif oftalmoloji patalogiyaların müalicəsi üçün fizioterapevtik kabinetlər və lazer kabinetləri fəaliyyət göstərir.

Həmçinin Konsultativ-poliklinik şöbədə xəstələrə yüksək səviyyəli oftalmoloji xidmətlə yanaşı nevropataloq, kardioloq, endokrinoloq, stomatoloq və terapevt həkimlər tərəfindən konsultativ və müalicəvi yardım göstərilir.

Mərkəzin Konsultativ-poliklinik şöbəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər xəstələrin qəbulu, müayinəsi, diaqnostikası və müalicəsini yüksək səviyyədə həyata keçirirlər.