Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Məmmədova Kəmalə Seyidhəsən qızıMütəxəssislər

Məmmədova Kəmalə Seyidhəsən qızı Həkim-oftalmoloq

 

 

 

 

 

 

 

 

 

Lazer cərrahiyyəsi şöbəsi

Təhsil:

1983-cü ildə Nəriman Nərimanov adına  Azərbaycan  Dövlət Tibb Universitetini bitirmişdir.

1983-1984 - İnternatura

1988-1990 - Ordinatura - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

 

İş təcrübəsi:

1991-ci ildə   akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün ultrasəs müayinəsi ilə məşğul olmuşdur; sonralar, makro- və mikrocərrahiyyə sahələri üzrə çalışmışdır. Həmçinin, konsilium şurasının katibi vəzifəsində işləmişdir. 

Hal-hazırda “Gözün lazer cərrahiyyəsi” şöbəsində fəaliyyət göstərməkdədir.

 

Lazer cərrahiyyəsi şöbəsi

“Lazer cərrahiyyəsi”  şöbəsində  “Alcon” (ABŞ) istehsalı  Model 3000 LE,Nd: YAG ophtalmic Lazer system, 1064 nm dalğa uzunluqlu cihazı ilə aşağıdakı əməliyyatlar həyata keçerilir.

1. İkincili kataraktanın lazer dissiziyası (kapsulotomiya)
2. Suni büllurun optik hissəsinin presipitatlarının xaric olunması
3. Bəbək nahiyyəsində uveit mənşəli fibroz pərdənin membranoektomiyası – bəbk membranının destruksiyası
4. Qapalı bucaqlı qlaukomanın periferik iridektomiyası
5. Bəbək ətrafı bitişmələrin dissiziyası – ön sinexiotomiya, şüşəvari cisim ön hissə fibrozunun dissiziyası – arxa sinexiotomiya
6. Bəbək blokunun aradan qaldırılması – iridotomiya
7. Ön kamera kistalarının lazer cərrahiyyəsi – kistodestruksiya