Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Məhərrəmov Polad Məhərrəm oğluMütəxəssislər

Məhərrəmov Polad Məhərrəm oğlu Həkim-Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, "Buynuz qişanın cərrahiyyəsi və transplantasiya" bölməsinin müdiri İxtisaslaşma:Refraksiyanın patologiyası, refraktiv cərrahiyyə və katarakta cərrahiyyəsi üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Təhsili:

1999-2005 - Azərbaycan Tibb Universiteti

2005-2006 - İnternatura - Akademik Zərifə Əliyeva adına  Göz Xəstəlikləri İnstitutu

2006-2009 - Aspirantura, Moskva ş. RF.

2009 - Mikrocərrahiyyə kursu, Krasnodar ş. RF.

2010 - Wetlab kataraktanın fakoemulsifikasiyası, Krasnodar ş. RF.

2011 - Beynəlxalq konfrans, Piza, İtaliya

2013 - Katarakta cərrahiyyəsi SİCS Hand on. Nagpur, Hindistan

2013 – Katarakta cərrahiyyəsi FAKO Hand on. Nagpur, Hindistan

2013 - Katarakta cərrahiyyəsi SİCS Hand on. Kanpur, Hindistan

2013 - Katarakta cərrahiyyəsi FAKO Hand on. Kagpur, Hindistan

2014 - Wavelight EX500 və FS200 Femtolasikkursu, İsanbul, Türkiyə

2015 - ESCRS 33cü Congress, Kerraringwetlab, Posterior capsulorhexis kursları, Barselona, İspaniya           

2016 - Visian İCL STAAR kursu, İstanbul, Tükriyə

2016 - Mikrocərrahiyyə kursu, Ufa, RF

 

İş təcrübəsi:

2009 - Beynəlxalq Göz Klinikasında Həkim-Oftalmoloq

2013-cü ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Oftalmoloq-Cərrah vəzifəsində çalışır.

 

Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Şöbə müdiri: t.ü.f.d. Məhərrəmov P.M.

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsinin əsas fəaliyyəti buynuz qişanın müxtəlif xəstəliklərinin dəqiq diaqnostikası və düzgün konservativ və cərrahi müalicəsinin aparılmasından ibarətdir. Buynuz qişa xəstəliklərində düzgün qoyulmuş diaqnoz və müalicənin erkən başlanması daha yaxşı nəticələrin alınması üçün çox əhəmiyyətlidir.

Şöbədə buynuz qişa xəstəliklərinin diaqnozunun qoyulması üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlardan istifadə olunur. Eyni zamanda xəstələrdə buynuz qişanın boyanma sınaqları (Fluoressein, Benqal, Lissamin), Şirmer testi, yaş pərdəsinin qırılma müddəti (BUT) təyin olunaraq buynuz qişa xəstəliklərinin dəqiq və differensial diaqnostikası aparılır.

Buynuz qişanın distrofik və degenerativ xəstəlikləri, müxtəlif mənşəli xoraları, absesi, buynuz qişanın kimyəvi və termiki yanıqları şöbəmizdə fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunur. Həmçinin, buynuz qişanın və göz almasının müxtəlif mənşəli travmatik yaralanmaları şöbəmizin təcrübəli cərrahları tərəfindən yüksək peşakarlıqla cərrahi əməliyyat olunur.

Eyni zamanda şöbəmizdə yüksək ixtisaslı cərrahlar tərəfindən katarakta, qlaukoma, çəpgözlük və digər göz xəstəlikləri zamanı aşağıdakı cərrahi əməliyyatlar icra olunur:

1. Kataraktanın fakoemulsifikasiyası və İOLun implantasiyası;
2. Manual kiçik yarma katarakt cərrahiyyəsi və İOLun implantasiyası;
3. İOLun ikincili implantasiyası;
4. İOLun dəyişilməsi və repozisiyası;
5. Fakik və Torik linzaların implantasiyası;
6.Qlaukoma cərrahiyyəsi (Trabekulektomiya, Kanaloplastika, Əhməd valve implantasiyası).
7. Buynuz qişa epitelinin debridmenti;
8. Süni güzehli qişanın implantasiyası;
9. Buynuz qişanın biolojı örtüyü;
10.Pteriqiumun xaric olunması (autoqraft);
11.Dakriosistorinostomiya;
12.Çəpgözlüyün korreksiyası;
13.Göz almasının dəlib-keçən yaralanmasının birincili cərrahi işlənməsi
14.Enukleasiya, Evisserasiya,Ekzentrasiya;