Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Ləmbəranskaya Nərminə RaufovnaMütəxəssislər

Ləmbəranskaya Nərminə Raufovna Şöbə müdiri, həkim-oftalmoloq, t.ü.f.d. İxtisaslaşma:Lazer cərrahiyyəsi
Lazer cərrahiyyəsi şöbəsi

“Lazer cərrahiyyəsi”  şöbəsində  “Alcon” (ABŞ) istehsalı  Model 3000 LE,Nd: YAG ophtalmic Lazer system, 1064 nm dalğa uzunluqlu cihazı ilə aşağıdakı əməliyyatlar həyata keçerilir.

1. İkincili kataraktanın lazer dissiziyası (kapsulotomiya)
2. Suni büllurun optik hissəsinin presipitatlarının xaric olunması
3. Bəbək nahiyyəsində uveit mənşəli fibroz pərdənin membranoektomiyası – bəbk membranının destruksiyası
4. Qapalı bucaqlı qlaukomanın periferik iridektomiyası
5. Bəbək ətrafı bitişmələrin dissiziyası – ön sinexiotomiya, şüşəvari cisim ön hissə fibrozunun dissiziyası – arxa sinexiotomiya
6. Bəbək blokunun aradan qaldırılması – iridotomiya
7. Ön kamera kistalarının lazer cərrahiyyəsi – kistodestruksiya