Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

İsmayılov Samir Şamil oğluMütəxəssislər

İsmayılov Samir Şamil oğlu Mühəndis
Cərrahiyyə-əməliyyat bloku

Cərrahiyyə bloku Mərkəzin mühüm bölmələrindən biri olaraq,  kompleksdə müasir tələblərə  cavab verən özünə məxsus infrastrukturu var və Mərkəzin digər bölmələrindən ayrılmış bir korpusda yerləşir. Cərrahiyyə  bloku  müasir tibbi avadanlıqlarla təchiz olunmuş 8  böyük və 6 kiçik əməliyyat zallarını özündə birləşdirir.  Avtomatlaşdırılmış  mərkəzi ventilyasiya və havadəyişmə sistemi sayəsində bütün əməliyyat otaqlarında lazımi  rütubət və temperatur hava rejimi saxlanılır. Cərrahiyyə blokununn sterilizasiya bölməsi bütün Mərkəzi lazımi steril materiallarla təchiz edir.

Cərrahiyyə bloku cərrahi, anestezioloji və sterilizasiya müasir avadanlıqları ilə təhciz edilmişdir. Burada bütün növ oftalmoloji əməliyyatlar təcrübəli cərrahlar tərəfindən beynəlxalq standartlara cavab verən müasir mikroinvaziv tikişsiz texnologiyalarla aparılır. Hazırda Cərrahiyyə blokunda oftalmologiya sahəsi üzrə mütəxəssisləşmiş aparıcı istehsalçı şirkətlərin aşağıda göstərilən avadanlıqlarından istifadə  edilir:

- Zeiss OPMİ Lumera 700 (stereoişıqlandırma funksiyalı, HD kameralı və naqilsiz ayaqpedallı idarəetmə pultu), Zeiss OPMİ Lumera S88 (videokamera və  monitor sistemli, ksenon işıqlandırma mənbəli SuperLux 180) mikroskopları; gözün ön hissəsində  cərrahi əməliyyat aparmaq üçün Laureate, İnfiniti Alcon fakoemulsifikatorları; kombinə vitreoretinal və  kataraktanın ekstraksiyası üçün nəzərdə tutulmuş Constellation və  Accurus Alcon multifunksional sistemləri və s.

Cərrahiyyə blokun əməliyyat zallarında  olan avadanlıqlara istehsalçı şirkətlərin sertifikatlaşdırılmış mühəndisləri  tərəfindən vaxtaşırı texniki baxış və audit keçiriılir, lazımi yeniləşdirmə və islahat işləri aparılır.   Anesteziologiya və reanimasiya heyətinin işçiləri hər bir pasientə  individual yanaşma göstərərək müxtəlif növ keyitmə üsullarından istifadə  edirlər. Cərrahiyyə bloku 24*7 (24 saat 7 gün ərzində) səviyyəli iş rejimində işləyir. Cərrahiyyə əməliyyat zamanı və sonrakı  dövrdə fəsadların yaranma ehtimalının qarşısını almaq üçün yüksək səviyyəli nəzarət – keyfiyyət sistemi yaradılaraq buna daima riayyət edilir.