Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

İbrahimzadə Günay Tofiq qızıMütəxəssislər

İbrahimzadə Günay Tofiq qızı Həkim-oftalmoloq, t.ü.f.d. İxtisaslaşma:Gözün yoluxucu xəstəlikləri və buynuz qışanın cərrahiyyəsi

 

 

 

 

 

 

 

Gözün infeksion xəstəlikləri şöbəsi

Təhsil:

2000-2006 - Azərbaycan Tibb Universiteti

2006-2008 - Kliniki ordinatura - S.N.Fedorov adına Gözün Mikro cərrahiyyəsi Elmi Tədqiqat İnstitutu, Rusiya, Moskva

2008-2011 - Aspirantura - S.N.Fedorov adına Gözün Mikro cərrahiyyəsi Elmi Tədqiqat İnstitutu

21.01.2013-25.01.2013 - Oftalmologiya üzrə Avropa təkminləşmə məktəbi. Orbital, lakrimal və oftlamoplastik 31 saatliq cərrahiyyə kursu, Malta Universiteti, Msida, Malta  

06.01.2013-06.30.2013 - Gözün onkoloji xəstəlikləri üzrə təkmilləşmə kursları, Həkimlərin Təkmilləşmə İnstitutu, Rusiya, Moskva

01.09.2016-01.12.2016 - Gözün onkoloji xəstəlikləri, orbital,lakrimal və oftalmoplastik cərrahiyyəsi və protezləşdirmə üzrə təkmilləşmə kursları – Uludağ Universiteti, Bursa, İstanbul

 

Dissertasiya işi

“Konyunktivanın çapıqlı prosseslərində gözün hərəki-dayaq güdülünün formalaşdırılması”

 

Patent№2011110859 (Russiya, 23.03.11) “Gözün hərəki-dayaq güdülünün formalaşdırılması və protezləşdirilməsi metodu”

 

İş təcrübəsi:

2008-2011 - S.N.Fedorov adına Gözün Mikrocərrahiyyəsi Elmi Tədqiqat İnstitutu (Rusiya Federasiyası, Moskva) - Okuloplastika, protezləşdirmə və oftalmoonkologiya bölməsində oftlamoloq-cərrah

2007-2012 - “Dobromed” Özəl klinikasında oftalmoloq, Rusiya, Moskva

2012 - bugünə kimi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gözün Yoluxucu xəstəlikləri şöbəsində oftalmoloq-cərrah

 

Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Şöbə müdiri: t.ü.f.d. Məhərrəmov P.M.

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsinin əsas fəaliyyəti buynuz qişanın müxtəlif xəstəliklərinin dəqiq diaqnostikası və düzgün konservativ və cərrahi müalicəsinin aparılmasından ibarətdir. Buynuz qişa xəstəliklərində düzgün qoyulmuş diaqnoz və müalicənin erkən başlanması daha yaxşı nəticələrin alınması üçün çox əhəmiyyətlidir.

Şöbədə buynuz qişa xəstəliklərinin diaqnozunun qoyulması üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlardan istifadə olunur. Eyni zamanda xəstələrdə buynuz qişanın boyanma sınaqları (Fluoressein, Benqal, Lissamin), Şirmer testi, yaş pərdəsinin qırılma müddəti (BUT) təyin olunaraq buynuz qişa xəstəliklərinin dəqiq və differensial diaqnostikası aparılır.

Buynuz qişanın distrofik və degenerativ xəstəlikləri, müxtəlif mənşəli xoraları, absesi, buynuz qişanın kimyəvi və termiki yanıqları şöbəmizdə fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunur. Həmçinin, buynuz qişanın və göz almasının müxtəlif mənşəli travmatik yaralanmaları şöbəmizin təcrübəli cərrahları tərəfindən yüksək peşakarlıqla cərrahi əməliyyat olunur.

Eyni zamanda şöbəmizdə yüksək ixtisaslı cərrahlar tərəfindən katarakta, qlaukoma, çəpgözlük və digər göz xəstəlikləri zamanı aşağıdakı cərrahi əməliyyatlar icra olunur:

1. Kataraktanın fakoemulsifikasiyası və İOLun implantasiyası;
2. Manual kiçik yarma katarakt cərrahiyyəsi və İOLun implantasiyası;
3. İOLun ikincili implantasiyası;
4. İOLun dəyişilməsi və repozisiyası;
5. Fakik və Torik linzaların implantasiyası;
6.Qlaukoma cərrahiyyəsi (Trabekulektomiya, Kanaloplastika, Əhməd valve implantasiyası).
7. Buynuz qişa epitelinin debridmenti;
8. Süni güzehli qişanın implantasiyası;
9. Buynuz qişanın biolojı örtüyü;
10.Pteriqiumun xaric olunması (autoqraft);
11.Dakriosistorinostomiya;
12.Çəpgözlüyün korreksiyası;
13.Göz almasının dəlib-keçən yaralanmasının birincili cərrahi işlənməsi
14.Enukleasiya, Evisserasiya,Ekzentrasiya;