Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Hüseynov Oqtay Aydın oğluMütəxəssislər

Hüseynov Oqtay Aydın oğlu Həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

Konsultativ-poliklinika şöbəsi
Təhsil :

1980-1987 - Azərbaycan Tibb Universiteti
1996 ildən Tibb üzrə fəlsəfə doktoru

İş təçrübəsi :
1988-1992 - Baki şəhəri, 1 sayli Kliniki xəstəxana (Semaşko adına)  həkim - reanimatoloq
1992-1995 - Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər kafedrası (endokrinologiya şöbəsi) - baş laborant
1995-2007 - Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər kafedrası, (endokrinologiya şöbəsi)  - assistent
2007-2013 - Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər kafedrası, (endokrinologiya şöbəsi)  - dosent
2007 - bu günədək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-endokrinoloqu

Hal-hazirki iş fəaliyyəti :
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzin stasionar şöbələrdə və poliklinikada bütün endokrinoloji patologiya ilə olan (şəkərli diabet, metabolik sindrom, piylənmə, hipofiz, qalxanabənzər və böyrəküstü vəzilərin xəstəlikləri) xəstələrə baxış, nəzarət və müalicə.
 

Avropa Endokrinologiya Cəmiyyətinin  (European Society of Endocrinology) həqiqi üzvü

Beynəlxalq Diabet Federasiyanın (İnternational Diabetes Federation - life member) daimi üzvü

Azərbaycan Respublikasının Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiyasiyasinin üzvü

Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə beynəlxalq  konfranslarda, seminar və simpoziumlarda iştirakçı, müxtəlif tibb jurnallarında 40-dan artıq elmi məqalələrin, tezislərin və iki metodik vəsaitin müəllifi

 

Konsultativ poliklinika şöbəsi

Şöbə müdiri – Nuriyeva N.M.

Konsultativ- poliklinik şöbədə xəstələrin qəbulu yüksək ixtisaslı həkimlər, tibb elmləri namizədi dərəcəsinə malik olan mütəxəssislər, professorlar tərəfindən aparılır.

Konsultativ- poliklinik şöbə saat 09.00-dan 17.00-dək fasiləsiz fəaliyyət göstərir. Iş saatından sonra müraciət edən təcili xəstələrin müayinəsini növbətçi həkim aparır. Ehtiyac olduqda yüksək ixtisaslaşmış həkimlərlə konsultasiya aparılır və xəstələrə təcili oftalmoloji yardım göstərilir.

Şöbə hər növ müasir diaqnostik avadanlıqlarla təchiz edilib və hərtərəfli oftalmoloji müayinələrin aparılması üçün müvafiq şəraitə malikdir. Müxtəlif oftalmoloji xəstəliklərin diaqnozunu dəqiqləşdirmək üçün kabinetlərdə aşağıdakı müayinələr aparılır:

- Viziometriya
- Biomikroskopiya
- Oftalmoskopiya
- Refraktometriya
- Buynuz qişanın topoqrafik müayinələri
- Spekulyar mikroskopiya
- Tonometriya və tonoqrafiya
- HRT
- Perimetriya
- Gözün ultrasəs müayinəsi (A-B scan)
- Kompyuter tomoqrafiya
- ERQ
- Ön və arxa Optik Koherent Tomoqrafiya
- Gözün flyuoressent angioqrafiyası
- Rentgen
- EKQ

Şöbədə ixtisaslaşmış yüksək səviyyəli personalın fəaliyyət göstərdiyi aşağıdakı patalogiyalar üzrə kabinetlər mövcuddur:

- Gözün refraksiya patalogiyaları
- Buynuz qişa xəstəlikləri
- Gözün infeksion xəstəlikləri
- Uveit
- Büllurun patalogiyası
- Göz daxili təzyiqin yüksəlməsi (Qlaukoma)
- Tor qişa və görmə sinirinin patalogiyaları
- Şəkərli diabetin göz fəsadları
- Gözün, orbitanın və göz ətrafı toxumaların zədələri
- Oftalmoonkoloji xəstəliklər

Şöbədə uşaqlar üçün xüsusi hazırlanmış kabinetlərdə yüksək ixtisaslaşmış həkimlər tərəfindən anadangəlmə qüsurlar, çəplik, yarımçıq doğulmuş uşaqların retinopatiyası və müxtəlif uşaq patalogiyalarının ətraflı müayinəsi, diaqnostikası və müalicəsi aparılır.

Konsultativ-poliklinik şöbədə müxtəlif patologiyalarla müraciət edən xəstələrə hərtərəfli müayinə, diaqnostika və müalicə tədbirləri həyata keçirilir. Ağır patalogiyalı xəstələrin dəqiq diaqnostika və müalicəsi üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən konsilium keçirilir.

Şöbədə müxtəlif oftalmoloji patalogiyaların müalicəsi üçün fizioterapevtik kabinetlər və lazer kabinetləri fəaliyyət göstərir.

Həmçinin Konsultativ-poliklinik şöbədə xəstələrə yüksək səviyyəli oftalmoloji xidmətlə yanaşı nevropataloq, kardioloq, endokrinoloq, stomatoloq və terapevt həkimlər tərəfindən konsultativ və müalicəvi yardım göstərilir.

Mərkəzin Konsultativ-poliklinik şöbəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər xəstələrin qəbulu, müayinəsi, diaqnostikası və müalicəsini yüksək səviyyədə həyata keçirirlər.