Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Hüseynov Emil Süleyman oğluMütəxəssislər

Hüseynov Emil Süleyman oğlu Həkim-Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru İxtisaslaşma:“Katarakta cərrahiyyəsi” və “Görmə orqanının travmaları” üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsi

Təhsil:

1998-2005 - Azərbaycan Tibb Universiteti
2004-2005 - İnternatura - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
2005-2007 - Klinik Ordinatura, Ufa Elmi-Təhqiqat göz xəstəlikləri İnstitutu (Oftalmologiya üzrə), Ufa, Rusiya
2008 - “Ümumi oftalmologiya” kursu, Ulucanlar Göz  Eğitim və   Araşdırma Hastanesi, Ankara, Türkiyə
2010 - “Basic Cornea Fellowship”  Darshan Eye Clinic, Hindistan

 

“Qüzehli qişanın travmatik defekti ilə müşahidə olunan travmatik kataraktanın cərrahi müalicə üsulu” adlı Beynəlxalq Avrasiya Patentinin müəllifidir (№021351).

 

İş təcrübəsi:

2002-2004-cü illərdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Laborant vəzifəsində çalışmışdır.
2007-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Həkim-Oftalmoloq vəzifəsində çalışır.
2012 – “AAO Joint Meeting and Rotary Club Project”də fəaliyyət göstərmişdir. Çikaqo
2013-cü ildə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının Burkina Fasoda keçirilmiş humanitar aksiyasında fəaliyyət göstərmişdir.

 

Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Şöbə müdiri: t.ü.f.d. Məhərrəmov P.M.

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsinin əsas fəaliyyəti buynuz qişanın müxtəlif xəstəliklərinin dəqiq diaqnostikası və düzgün konservativ və cərrahi müalicəsinin aparılmasından ibarətdir. Buynuz qişa xəstəliklərində düzgün qoyulmuş diaqnoz və müalicənin erkən başlanması daha yaxşı nəticələrin alınması üçün çox əhəmiyyətlidir.

Şöbədə buynuz qişa xəstəliklərinin diaqnozunun qoyulması üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlardan istifadə olunur. Eyni zamanda xəstələrdə buynuz qişanın boyanma sınaqları (Fluoressein, Benqal, Lissamin), Şirmer testi, yaş pərdəsinin qırılma müddəti (BUT) təyin olunaraq buynuz qişa xəstəliklərinin dəqiq və differensial diaqnostikası aparılır.

Buynuz qişanın distrofik və degenerativ xəstəlikləri, müxtəlif mənşəli xoraları, absesi, buynuz qişanın kimyəvi və termiki yanıqları şöbəmizdə fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunur. Həmçinin, buynuz qişanın və göz almasının müxtəlif mənşəli travmatik yaralanmaları şöbəmizin təcrübəli cərrahları tərəfindən yüksək peşakarlıqla cərrahi əməliyyat olunur.

Eyni zamanda şöbəmizdə yüksək ixtisaslı cərrahlar tərəfindən katarakta, qlaukoma, çəpgözlük və digər göz xəstəlikləri zamanı aşağıdakı cərrahi əməliyyatlar icra olunur:

1. Kataraktanın fakoemulsifikasiyası və İOLun implantasiyası;
2. Manual kiçik yarma katarakt cərrahiyyəsi və İOLun implantasiyası;
3. İOLun ikincili implantasiyası;
4. İOLun dəyişilməsi və repozisiyası;
5. Fakik və Torik linzaların implantasiyası;
6.Qlaukoma cərrahiyyəsi (Trabekulektomiya, Kanaloplastika, Əhməd valve implantasiyası).
7. Buynuz qişa epitelinin debridmenti;
8. Süni güzehli qişanın implantasiyası;
9. Buynuz qişanın biolojı örtüyü;
10.Pteriqiumun xaric olunması (autoqraft);
11.Dakriosistorinostomiya;
12.Çəpgözlüyün korreksiyası;
13.Göz almasının dəlib-keçən yaralanmasının birincili cərrahi işlənməsi
14.Enukleasiya, Evisserasiya,Ekzentrasiya;