Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Hüseynli Samirə Fərhad qızıMütəxəssislər

Hüseynli Samirə Fərhad qızı Həkim-oftalmoloq İxtisaslaşma:Buynuz qişa və refraktiv cərrahiyyə üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Gözün tibbi ekspertizası şöbəsi

Elmi-məlumat və təşkilati-metodik bölməsi

Təhsil:

1996-2002 - Azərbaycan Tibb Universiteti

2002-2003 - İnternatura - Akademik  Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu

2008 - S.N.Fyodorov adına “Gözün Mikrocərrahiyyəsi Kompleksi” Sankt Peterburq  filialı “Kataraktanın fakoemulsifikasiya üsulu ilə mikrocərrahiyyəsi  kursu  (Phaco Wetlab)

2012 - Kornea və Refraktiv Cərrahiyyə üzrə kliniki və elmi praktiki kurs (Fellowship), Vissum Coorporation Alicante, İspaniya    

2014 - “Wave Light Allegretto Eksimer Lazer” avadanlığında təlim kursu İstanbul, Turkiyə

2015 - Keraring – intrakorneal ring implantasiyası kursu (Wetlab), Barselona, İspaniya

2015-1016 - Katarakta, Kornea  və Refraktiv Cərrahiyyənin Elmi Metodologiya kursu - Miguel Hernandez Universiteti, İspaniya

 

2004-cü ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-oftalmoloq və kiçik elmi işçi vəzifəsində çalışır.

 

Bir sıra elmi məqalələri dünyanın məşhur nəşriyyatları olan  “JAMA Ophthalmlogy”, “British Journal of Ophthalmology", “Refractive Surgery” kimi oftalmologiya jurnallarında nəşr olunmuşdur.  Eləcə də yerli və xarici oftalmologiya konfranslarında çoxsaylı çıxış və posterləri nümayiş olunmuşdur. Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin (ESCRS), Türk Oftalmoloqlar Cəmiyyətinin (TOD), Amerika Oftalmologiya Akademiyasının ( AAO) üzvüdür.

 

Hal hazırda hərbi çağırış yaşına çatmış gənclərdə müxtəlif görmə orqanı patologiyasının araşdırılması,  bir sıra görmə orqanı xəstəliklərinin erkən diaqnostikası və eləcədə, reabilitasiyası məqsədi ilə  onlarda  ilkin diaqnostik kriteriyaların və monitoringin müasir diaqnostik avadanlıqların tətbiqi ilə təkmilləşdirilməsi  üzrə praktik və elmi fəaliyyət göstərir.

 

Gözün tibbi ekspertizası şöbəsi

Görmə orqanı hərbi qulluqçular üçün mühüm əhəmiyyət kəsb etməsinə görə, hərbi hissələrə qulluğa çağırılanlar və xüsusi hərbi məktəblərə daxil olanlarda görmə orqanının dəqiq yoxlanılması əsas şərtdir.

Bununla əlaqədar olaraq, keçən əsrin 60-cı illərinin ortalarında Az.ETGX İnstitutunda hərbi həkim komissiyası yaradıldı. Bu komissiyaya qəbul şöbəsinin müdiri Səfərova T.A. rəhbərlik edirdi. O zamanlar bu komissiya SSRİ müdafiə nazirliyinin əmri ilə hazırlanmış « SSRİ silahlı qüvvələrinin tibbi yoxlama vəziyyəti» əsasında işləyirdi. Müxtəlif hərbi hissələrdə və hərbi vəzifələrdə qulluğu məhdudlaşdıran və qadağa qoyan fikri çatışmamazlıq və xəstəliklərin siyahısı həmin nazirlik tərəfindən verilmişdi.

Bu komissiyada institutun M.A.Əkbərova, H.Ə.Qulu-zadə, R.Ə.Əliyev kimi aparıcı əməkdaşları işləyirdi.

Azərbaycanın müstəqilliyi əldə olunandan sonra hərbi həkim komissiyası respublikanın müdafiə nazirliyinin əmri ilə hazırlanmış «Azərbaycan silahlı qüvvələrinin tibbi yoxlama qanunu» əsasında işləyir.

Hal-hazırda rayon hərbi komissarlıqlarından göndərilən çağırışçıların Azərbaycan hərbi hissələrində qulluq üçün yararlığı müasir tibbi avadanlıqlarında yoxlanılır ki, bu da daha obyektiv müayinə aparmağa və simulyasiya və aqravasiya hallarını aşkar etməyə imkan verir.

Komissiyanın işində əsas yeri reabilitasiya tutur, belə ki, çağırışçıların bəzilərinin müalicəyə ehtiyacı olur və lazımi müalicədən sonra onlar həqiqi hərbi qulluğa çağırılırlar.

Korlar və zəif görənlərdə daha dəqiq diaqnostika, ekspert qərarının yüksək səviyyəli olması, həmçinin reabilitasiyaya ehtiyacı olanlarda cərrahi və terapevtik müalicələrin aparılmasına imkan yaratmaq üçün keçən əsrin 90-cı illərində institutda ekspert komissiyası yaradıldı. Bu komissiyaya t.e.d. K.T.Kərimov rəhbərlik edirdi. Komissiyanın tərkibində tibb elmləri namizədləri E.Ə.Abdullayeva, A.K.Sadıqov, R.Ə.Quliyev, A.N.Hacıyeva, həkimlərdən X.X.Qasımova, C.X.Səmədova və başqaları çalışırdı. Bu illər ərzində 20 mindən çox tibbi arayış verilmiş və 700-dən çox xəstədə cərrahi müalicə aparılmışdır.

Görmə orqanının patologiyası olan xəstələrin vaxtında Az.ETGX İnstitutuna müraciət etməsi və onların müasir avadanlığın (USM, EKQ, kompyuter tonometriya, perimetriya və s.) istifadəsi ilə yoxlanılması düzgün diaqnoz qoyulmasına və müraciət edən xəstələrin 15%-də reabilitasiya tədbirlərinin aparılmasına imkan verdi.

Son 3-4 ildə komissiyada müayinədən keçən xəstələrin sayının artması, Azərbaycanın bir çox rayonlarında korlar və zəifgörən insanlarda müayinələrin və reabilitasiya tədbirlərinin düzgün aparıldığını göstərir.