Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Həsənov Cəmil Vaqif oğluMütəxəssislər

Həsənov Cəmil Vaqif oğlu Həkim-oftalmoloq, elmi işçi İxtisaslaşma:Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası

Ünvan:

Bakı, Azərbaycan

Mobil telefon: +994 50 511 00 88
El. ünvan: jgasanov@yahoo.com    

 

 

Hal-hazırda akademik Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzində  “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası” şöbəsində işləyir. Əsas ixtisaslaşma - buynuz qişanın patologiyası, qlaukoma, katarakta, göz zədəsı və refraksion patologiyasınin cərrahiyası və müalicəsidir.

2008-ci ildə Azərbaycanda ilk dəfə anadangəlmə qlaukomanın müalicəsində daha effektiv “Trabekulotomiya ilə birlikdə trabeculectomiya” cərrahi texnikasını təqdim etdi.

2009-ci ildə Azərbaycanda ilk dəfə və MDB məkanında ilk biridir ki tikishsiz buynuz qişanın transplantasiyası əməliyyatini (DSEK, DSAEK) keçirdib.

2010-ci ildə Azərbaycanda ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində daha effektiv “Express Shunt Glaucoma implant” implantasiya  cərrahi texnikasını təqdim etdi.

2011-ci ildə MDB-də ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində Trabekulektomiya əməliyyatinə alternativ olan Glaucolight mikrakateter vasitəsi ilə “Kanalloplastika” əməliyyatini təqdim etdi.

2013-ci ildə Azərbaycanda ilk dəfə olaraq və MDB məkanında ilk biridir ki keratotransplantın tutmamazdıg yüksək risk olan gözlərdə “Boston keratoprosthesis type 1” süni buynuz qişanın implantasiyanı keçirdib.

 

Türk Oftalmologiya Dərnəyinin üzvüdür, Amerika və Avropa Katarakta və Refraktif Cərrahiyyə Birliyinin üzvüdür eləcə də Avropa Glaukomatologların Birliyin üzvüdür.

Azərbaycanda, Türkiyədə, Avropada və Amerikada keçirilən konfranslarda fəal iştirak edir.

Onun məqalələri Oftalmologiya (Azərbaycan), American Journal of Ophthalmology (ABŞ), Qlaukoma News (Rusiya), Euro Times (Avropa) jurnallarda nəşr edilib.

2003-cü ildən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən humanitar tədbirlər fəal iştirak edir.

Azərbaycan, rus və ingilis dildə danışır. Aquascaping və idman ilə maraqlanır. 

 

Təhsil:

 

1984 - 1994 № 258 orta məktəb. Bakı / Azərbaycan.
1994 - 2000 Azərbaycan Tibb İnstitutu. Bakı / Azərbaycan.
2002 - 2003 Internatura. № 1 Klinik xəstəxanası. Bakı / Azərbaycan.
2003 - 2006  Rezidentura. Caspian Compassion Project (CCP), Bakı / Azərbaycan.

01.11.06 - 01.05.07

Qlaukoma üzrə uzunmüddətli kurs. Chittagong Eye Infirmary and Training Complex (CEITC). Chittagong/Bangladesh.

07.07.07 - 30.09.08

Buynuz qişa və ön seqment uzunmüddətli kurs. Islamia Eye Hospital (IEH)  Dhaka/Bangladesh; LV Prasad Eye Institute (LVPEI), Hyderabad/India.
01.03.11 - 01.04.11 Buynuz qişa və refraksion cərrahiyyəs qısa kursı - Singapore National Eye Center (Singapore).
01.05.07

Akademik Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzində indiyədək işləyir.

 

 

İş təcrübəsi:

 
2002 - 2003 Internatura. № 1 Klinik xəstəxanası. Bakı / Azərbaycan.
2003-2006    Rezidentura. Caspian Compassion Project (CCP), Bakı / Azərbaycan.
01.11.06 - 01.05.07                                   Qlaukoma üzrə uzunmüddətli kurs. Chittagong Eye Infirmary and Training Complex (CEITC). Chittagong/Bangladesh.
07.07.07 - 30.09.08                                                         Buynuz qişa və ön seqment uzunmüddətli kurs. Islamia Eye Hospital (IEH)  Dhaka/Bangladesh; LV Prasad Eye Institute (LVPEI), Hyderabad/India.

01.03.11 - 01.04.11                                     

Buynuz qişa və refraksion cərrahiyyəsı qısa kursı - Singapore National Eye Center (Singapore).
01.05.07 Akademik Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzində indiyədək işləyir.

 

  

Cərrahi təcrübə:

 

Mirvari suyu:

Intracapsular Cataract Extraction (ICCE), non suture Extracapsular Cataract Extraction (ECCE), Phacoemulsification, Scleral IOL fixation (SF IOL)

Qlaukoma: 

Penetrating: Trabeculectomy, Trabeculectomy + Trabeculotomy (pediatric), Baervelt glaucoma implant and Ahmed Glaucoma Valve implantation, Express Shunt implantation,

Nonpenetrating: Canaloplasty

Buynuz qişa: 

Optical Penetrating Keratoplasty (PK), Tectonic PK, Therapeutic PK, Deep Anterior Lamellar Keratoplasty (DALK), Descemet Stripping Automated Endothelial Keratoplasty (DSAEK), implantation of the Boston Keratoprosthesis Type I. 

Refraksion cərrahiyyəsı:

PTK, LASIK, Femto - LASIK, ICL implantation.

Kombinə əməliyyatlar: 

Trabeculectomy + Phaco+IOL, Trabeculotomy + Phaco+IOL, Ahmed Glaucoma Valve implantation+ Phaco+IOL, Express Shunt implantation + Phaco+IOL, Phaco Canaloplasty+IOL, Penetrating Keratoplasty + ECCE+IOL, DSAEK + Phaco + IOL, Boston Keratoprosthesis  Type I + Ahmed Valve Implantation.

 

Əməliyyatlari daha ətraflı videodan izləyə bilərsiniz:

www.youtube.com/channel/UC85NArLz-MnZhF5hjeV_2KA

Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi

Şöbə müdiri: t.ü.f.d. Məhərrəmov P.M.

Buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsinin əsas fəaliyyəti buynuz qişanın müxtəlif xəstəliklərinin dəqiq diaqnostikası və düzgün konservativ və cərrahi müalicəsinin aparılmasından ibarətdir. Buynuz qişa xəstəliklərində düzgün qoyulmuş diaqnoz və müalicənin erkən başlanması daha yaxşı nəticələrin alınması üçün çox əhəmiyyətlidir.

Şöbədə buynuz qişa xəstəliklərinin diaqnozunun qoyulması üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlardan istifadə olunur. Eyni zamanda xəstələrdə buynuz qişanın boyanma sınaqları (Fluoressein, Benqal, Lissamin), Şirmer testi, yaş pərdəsinin qırılma müddəti (BUT) təyin olunaraq buynuz qişa xəstəliklərinin dəqiq və differensial diaqnostikası aparılır.

Buynuz qişanın distrofik və degenerativ xəstəlikləri, müxtəlif mənşəli xoraları, absesi, buynuz qişanın kimyəvi və termiki yanıqları şöbəmizdə fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə olunur. Həmçinin, buynuz qişanın və göz almasının müxtəlif mənşəli travmatik yaralanmaları şöbəmizin təcrübəli cərrahları tərəfindən yüksək peşakarlıqla cərrahi əməliyyat olunur.

Eyni zamanda şöbəmizdə yüksək ixtisaslı cərrahlar tərəfindən katarakta, qlaukoma, çəpgözlük və digər göz xəstəlikləri zamanı aşağıdakı cərrahi əməliyyatlar icra olunur:

1. Kataraktanın fakoemulsifikasiyası və İOLun implantasiyası;
2. Manual kiçik yarma katarakt cərrahiyyəsi və İOLun implantasiyası;
3. İOLun ikincili implantasiyası;
4. İOLun dəyişilməsi və repozisiyası;
5. Fakik və Torik linzaların implantasiyası;
6.Qlaukoma cərrahiyyəsi (Trabekulektomiya, Kanaloplastika, Əhməd valve implantasiyası).
7. Buynuz qişa epitelinin debridmenti;
8. Süni güzehli qişanın implantasiyası;
9. Buynuz qişanın biolojı örtüyü;
10.Pteriqiumun xaric olunması (autoqraft);
11.Dakriosistorinostomiya;
12.Çəpgözlüyün korreksiyası;
13.Göz almasının dəlib-keçən yaralanmasının birincili cərrahi işlənməsi
14.Enukleasiya, Evisserasiya,Ekzentrasiya;