Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Hacıyeva Nərminə Rasim qızıMütəxəssislər

Hacıyeva Nərminə Rasim qızı Elmi işçi İxtisaslaşma:Çəpgözlük, eksimer-lazer (Femto-lasik, Lasik, Epi-lasik, FRK) və gözün müxtəlif xəstəliklərdə Arqon lazer vasitəsilə göz dibinin lazer foto koaqulyasiyası əməliyyatları üzrə mütəxəssis

 

 

 

 

 

 

Eksimer-lazer şöbəsi

Təhsil:

1998-2004 - Azərbaycan Tibb Universiteti

2004-2005 - İnternatura - Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsi

2013 - “МНТК” akademik S.N.Fyodorov adına Gözün Mikrocərrahiyəsi İnstitutunda “Buynuz qişanın femtosecond lazer istifadə etməklə Eksimer lazer cərrahiyəsi» şöbəsində ixtisaslaşdırılma təlimi (Moskva, Rusiya)

2014 - “Liv Hospital” klinikasının Eksimer lazer şöbəsində "Gözün Lasiklə Lazer korreksiyası əməliyyatları" üzrə peşəkar təlim (İstanbul, Türkiyə)

2015 - PRK, Lasik, Epi-Lasik, Ferrara Rings təlimlər (İstanbul, Türkiyə)

 

İş təcrübəsi:

2006 - 2010 - AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Görmə analizatorunun neyrofiziologiyası” laboratoriyasında böyük laborant vəzifəsində çalışmışdır.

2010-cu ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində eksimer lazer şöbəsində elmi işçi vəzifəsində çalışır.

 

Beynalxalq Çəpgözlüyün Assosiyasiyası və Türk Cümhuriyyəti Oftalmoloqlar Cəmiyyətinin üzvüdür. Azərbaycan oftalmoloqları arasında ilk dəfə Pediatrik Oftalmologiya və Çəpgözlük üzrə 2012-ci ildə İtaliyanın Milan şəhərində keçirilən II-ci Dünya Oftalmologiya konqresində məruzə ilə çıxış emişdir. Bundan əlavə 2015-ci ildə İspaniyanın Barselona şəhərində Dünya Oftalmoloqların kongresində uğurla məruzə ilə çıxış etmişdir.

 

Eksimer-lazer şöbəsi

Eksimer-lazer şöbəsində görmə orqanlarının refraktiv pozulmaları, onların müayinəsi ,diagnostikası, müalicəsi və göstəriş olan hallarda ön seqment refraktiv cərrahiyyə əməliyyatları icra olunur.

Eksimer-lazer şöbəsində icra olunan cərrahiyyə əməliyyatlar:

a) Yüksək dərəcəli miopiya ,hipermetropiya və astiqmatizm problemlərindən xəstələri azad etmək üçün bütün növ lazer korreksiya metodlarının istifadəsi mümkündür

-Femto-lasik

-Lasik

-Epi-lasik

-FRK

b) Keratakonusun müalicəsi:

-CCL (krosslinkink) müxtəlif metodlarla:

-Standart (epi-off)

-Transepitelial (epi-on)

-Transepitelial (epi-on iontoforezlə)

-İntrasformal halqaların implantasiyası:manual (cərrahi əməliyyat ilə), femtosaniyə lazer vasitəsil ilə (bıçaqsız).

Şöbə müasir diaqnostik və cərrahi avadanliqlarla təchiz olunub:

1) Foropter 7000 (Huvitz, Koreya)

2) Avto refraktokeratometr RC-5000 (Tomey, Yaponiya)

3) Kontaksız tonometr FT-1000 (Tomey, Yaponiya)

4) Optik koqorenttomoqraf Visante OCT (Zeiss, Almaniya)

5) Buynuz qişanın topoqrafiya sistemi Wavelight Oculyzer (Alcon, ABŞ)

6) Buynuz qişanin topoqrafiya sistemi Allegro Topolyer-vario (Alcon, ABŞ)

7) Gözün alerrasiya analizatoru Wavelight Analyzer 2 (Alcon, ABŞ)

8) Avto lensmetr T2-2000 B (Tomey, Yaponiya)

9) Eksimer laser Wavelight EX 500 (Alcon, ABŞ)

10) Femtosaniyəli lazer Wavelight FS 200 (Alcon, ABŞ)

11) Mikrokeratom Moria M2 (Moria SA, Fransa)