Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Hacıyeva Bənövşə Xəqani qızıMütəxəssislər

Hacıyeva Bənövşə Xəqani qızı Həkim-oftalmoloq, şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru İxtisaslaşma:“Retina” üzrə mütəxəssis

 

 

 

 

 

 

 

“Tor qişanın və görmə sinirinin patologiyası” şöbəsi

“Şəkərli diabetin göz fəsadları üzrə” bölməsi

Təhsil:

2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.

2006-2007- İnternatura

 

2008 - Türkiyə, İstanbul “Bəyoğlu” klinikası, 2012-ci il – Birləşmiş Ərəb Əmirlikləri, “WOC2012” konfransdaxili kurs, 2015-ci il – Fransa, Nitsa,15-ci Evro retina konqresi, konfransdaxili kurs

 

Tibb üzrə fəlsəfə doktoru, “Antiangiogen terapiyanin gözün topo-morfoloji və funksional parametrlərinə təsiri”

 

İş təcrübəsi:

2008-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərir. “Tor qişanın və görmə sinirinin patologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Şəkərli diabetin göz fəsadları üzrə bölməsi

Şöbədə olan cihazlar:

1. Spektral Optik Koherent tomoqrafiya (Spectral HD OCT 5000, Carl Zeiss, Germany)

2. Flüoressein Angioqrafiya (Carl Zeiss, Germany)

3. Fundus fotoqraf (Carl Zeiss, Germany)

4. Göz dibinin kontakt və kontaktsız asferik linzalarla müayinəsi ücün yarıqlı lampa

5. Göz dibinin binokulyar müayinəsi üçün alın oftalmoskopu

6. Refraktokeratometr

7. Tonometr

8. Görmə itiliyini təyini və korrreksiyası üçün foropter

9. Lensmetr

10.Torlu qişanın lazer müalicəsi üçün ikiqat tezlikli, yaşıl ND:YAQ lazer cihazı (Alcon, USA)

11.810 nm dalğa uzunluqlu mikropuls lazer cihazı

12.ND:YAQ lazer cihazı

13.Mikroperimetr

14.Multifikal elektroretinoqrafiya (MfERQ)

15.Elektroretinoqrafiya

16.Görmənin oyandırdığı potensiallar (VEP)

Aparılan müayinə üsulları:

1. Optik koherent tomoqrafiya müayinəsi

2. Flüoressein angioqrafiya müayinəsi

3. Göz dibinin rəngli fundus fotoqrafiyası

4. Göz dibinin müxtəlif linzalarla kontaklı və kontaksız müayinələri

5. Elektrofizioloji müayinələr: mikroperimetriya, elekrtoretinoqrafiya və multifokal elektroretinoqrafiya, görmənin oyandırdığı potensiallar (VEP)

Aparılan müalicələr:

Göz dibi patologiyalarının konservativ, lazer və cərrahi müalicələri.

Bura daxildir:

1. Şəkərli diabetin göz dibi fəsadları

2. Hipertoniya xəstəliyinin göz dibi fəsadları

3. Torlu qişanın periferik və mərkəzi degenerasiyaları

4. Müxtəlif mənşəli arxa uveitlər

5. Torlu qişanın qopması

6. Travmadan sonrakı vəziyyət və s.