Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Güllərov Orxan Əlizadə oğluMütəxəssislər

Güllərov Orxan Əlizadə oğlu Həkim - Oftalmoloq, kiçik elmi işçi İxtisaslaşma:Tibbi retina və Katarakta cərrahiyyəsi üzrə mütəxəssis

 

 

 

 

 

 

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı regional filialı

Təhsil :

2002 - 2008 - Azərbaycan Tibb Universiteti

2008 - 2009 - Lənkəran Mərkəzi rayon xəstəxanasında İnternatura

2014 - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. “Qlaukomanın müasir diaqnostika və müalicəsi” üzrə kurs

2014 - Hindistan Çennai şəhəri M.N.Eye.hospital “Kataraktanın ekstrakapsulyar ekstraksiyası + İOL” kursu

2014 - Hindistan Çennai şəhəri Vas Kon 14 “Visian İCL Wet Lab” kursu

2014 - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Türk Cumhuriyetleri Oftalmoloji Derneği  ( Tibbi Retina Kursu )

2014 - 2015 Türkiyə İzmir şəhəri Dokuz Eylül Üniversitesi Göz Hastalıkları Anabilim Dalı “Medical retina” kursu

2015 - Hindistan Çennai şəhəri M.N.Eye.hospital “Medical Retina  and Basic Vitrectomy training” kursu

2015 - Hindistan Çennai şəhəri M.N.Eye.hospital “Phaco training” kursu

 

İş təcrübəsi:

2008 - 2009- Lənkəran Mərkəzi rayon xəstəxanası (interna - oftalmoloq)

2009 - Xəzər Qayğıkeşlik Layihəsi (könüllü oftalmoloq)

2013 - Lənkəran Müalicə Diaqnostika Mərkəzi (oftalmoloq - cərrah)    

2014 - Akademik Zərifə Əliyeva adına Milli   Oftalmologiya Mərkəzi (Şəkərli Diabetin göz fəsadları üzrə bölməsi)

 

Masallı regionnal filialı

Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisinə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi  məqsədi ilə 2008 il oktyabrın 7-də Masallı şəhərində  akademik Zərifə  Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional şöbəsi açılmışdır. Klinika ən müasir diaqnostik və  cərrahi avadanlıqlarla təhciz edilmişdir (Leica, Accurus Alcon, Legacy və s.).  Klinikanın fəailiyyəti  müntəzəm şəkildə  aparılır. Klinikanın işi üç əsas istiqamətdə  aparılır.

- Görmə orqanı patologiyasının erkən aşkar edilməsi,  qeydə  alınması, dispanserizasiyası, pasientlərə oftalmoloji yardım,  ən müasir diaqnostik, konservativ və cərrahi texnologiya növlərinin tətbiqi və  həyata keçirilməsi
- Yerli və  ətraf rayonların müvafiq sahə üzrə mütəxəsislərinin bilik və  təcrübələrinin artırılması, aktual problemlərə həsr olunmuş və canlı  cərrahiyyənin müşayəti ilə konfrans və  seminarların keçirilməsi
- Yerli əhalinin oftalmoloji xəstəliklər və  onların gözlənə bilinən fəsadları  barədə məlumatlandırılması.

Yüksək ixtisaslı oftalmoloji müayinələrin aparılması (vizometriya, tonometriya, avtorefraktokeratometriya, biomikroskopiya, gözün AB-skannoqramması,  görmə sahəsinin müayinəsi,  optik koherent tomoqrafiyası (Zeiss), göz dibinin fotoregistrasiyası və s.) nəticəsində görmə orqanının ön və  arxa seqmentinin bütün növ patologiyalarının müayinəsi,  differensial diaqnostikası  və  müalicəsi  mümkündür. 

Burada beynəlxalq texniki və  tibbi  standartlara cavab verən Cərrahiyyə blokunda müxtəlif növ oftalmoloji əməliyyatlar aparılır (kataraktanın fakoemulsifikasiyası, antiqlaukomatoz,  çəpgözlüyə qarşı,  yaş yollarının patologiyası, intravitreal anti-VEGF preparatların vurulması və s.).  2014-cü ildən fotorefraktiv cərrahi əməliyyatlarda aparılır. Əməliyat növündən asılı olmayaraq pasientlər əməliyyatqabağı lazımi laborator, elektrokardioqrafik və müvafiq sahə üzrə mütəxəssis müayinələrindən keçirilir və  əməliyyata göndərilirlər.  Vitreoretinal cərrahiyəsinin tətbiqi yaxın gələcəkdə  planlaşdırılır.

Masallı regional şöbəsinin fəailiyyəti  cənub bölgəsində görmə orqanını xəstəliklərinin profilaktikasında, vaxtında aşkar edilməsində və  müalicəsində mühüm rol oynayır.