Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Fiqarova Nailə Əli qızıMütəxəssislər

Fiqarova Nailə Əli qızı Həkim-oftalmoloq, kiçik elmi işçi

 

 

 

 

 

 

 

 

 

Gözün yoluxucu xəstəlikləri bölməsi

Təhsil:

1974-1980 - Azərbaycan Tibb Universiteti

1980-1981 - 5 nömrəli Şəhər Klinik Xəstəxanasında, “Ümumi cərrahiyyə” üzrə İnternatura

1985-1986 - Akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz xəstəlikləri İnstitutunda Oftalmologiya ixtisası üzrə Ordinatura

1990-cı - Moskva şəhərində “Gözün mikrocərrahiyyəsi  SETK”-də 1 aylıq kurs

 

İş təcrübəsi:

1989-1995 - 2 nömrəli Dəmiryol xəstəxanasında Həkim-Oftalmoloq

1995-ci ildən Akademik Zərifə Əliyeva adına  Milli Oftalmologiya Mərkəzində Həkim-Oftalmoloq vəzifəsində çalışır.
Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.