Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Allahverdiyeva Təranə Fərman qızıMütəxəssislər

Allahverdiyeva Təranə Fərman qızı Həkim-oftalmoloq

 

 

 

 

 

 

 

 

 

Gözün yoluxucu xəstəlikləri bölməsi

Təhsil:

1979-1985 - Azərbaycan Tibb Universiteti

1985-1986 - İnternatura,  Azərbayan Elmi Tədqiqat Göz xəstəlikləri İnstitutu

 

İş təcrübəsi:

1986-1988 - Bərdə rayonu uşaq xəstəxanasında Həkim-Oftalmoloq

1988-1989 - Səhiyyə Nazirliyinin Respublika Fərdi Təqaüdçü poliklinikasında Həkim-Oftalmoloq 

1989-1993 - Akademik M.E.Mirqasımov adına RKX-da Həkim-Oftalmoloq

1993-cü ildən Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzində Həkim-Oftalmoloq vəzifəsində çalışır.

 

Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.