Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Abdıyeva Yazgül Cahangir qızıMütəxəssislər

Abdıyeva Yazgül Cahangir qızı Həkim-oftalmoloq İxtisaslaşma:Gözün yoluxucu xəstəlikləri və buynuz qışanın cərrahiyyəsi
Gözün yoluxucu xəstəlikləri şöbəsi

Gözün yoluxucu xəstəlikləri bölməsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin sələfi olan Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri İnstitutunun ilk günlərindən fəaliyyət göstərmişdir. Hal-hazırda şöbənin fəaliyyəti xeyli genişlənmişdir.

Şöbənin əsas istiqaməti göz almasının ön seqmetinin, əlavə aparatının və orbitanın müxtəlif mənşəli xəstəliklərinin konsultativ müalicəsidir. Bununla yanaşı şöbədə müxtəlif növlü cərrahi əməliyyatlar-kataraktanın ekstraksiyası, antiqlaukomatoz əməliyyatlar, pteriqiumun, xalazionun eksiziyası, bioloji örtüklərin qoyulması, törəmələrin götürülməsi, dakriosistorinostomiya, o cümlədən okuloplastika sahəsində aparılan cərrahi əməliyyatlar (qapaqların korreksiyası, hərəkətli  endoprotez ilə evissero-enuklefsiya) yüksək səviyyədə həyata keçirilir.