Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Laboratoriya - diaqnostika bölməsiŞöbələr

Akademik Zərifə  Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Laborator-Diaqnostik bölməsi  bir neçə şöbədən ibarətdir. Bu şöbələrdə beynəlxalq tələblərə və standartlara cavab verən müxtəlif müasir müayinə növləri  aparılır:   

- biokimyəvi
- immunoloji
- mikrobioloji
- morfoloji  və  s.

Laboratoriyanın nəzdində ümumi elektron kompüter şəbəkəsinin yaradılması sayəsində xəstələrin qeydiyyatı, biomaterialların götürülməsi və daşınması, müayinələrin aparılması və  cavabların hazırlanaraq pasientlərə verilməsi  avtomatlaşdırılmışdır. Məlumatların elektron bazada saxlanması dissertantların elmi işlərin aparılmasını asanlaşdırır. Laboratoriyanın bütün şöbələrində müasir, təkmilləşmiş texniki avadanlıqlardan istifadə olunur. Bu avadanlıqlar laboratoriyanın təcrübəli mütəxəsisləri tərəfindən idarə edilir. Müxtəlif müayinələlrin alınan nəticələri mərkəzə müraciət edən xəstələrin diaqnostik - müalicəvi  tədbirlər kompleksinin aparılmasında  yüksək əhəmiyymət daşıyır.

Biokimyəvi və imminoloji müayinələrin aparılmasında hemotoloji,  biokimyəvi və immunoferment analizatorlardan istifadə  olunur. Mikroskopa inteqrəedilmiş müasir fotokamera vasitəsilə müayinələrin nəticələrinin fotoqeydiyyatına böyük imkan var. Mərkəzdə müxtəlif göz patologiyası ilə məşğul olan spesifik şöbələrin diaqnostik müalicəvi tələblərə müvafiq olaraq laborator müayinələr də sistemləşdirilmişdir. Burada  diabetik və cərrahi əməliyyat qabağı paneli, koaquloqrammanın,  revmotestlərin,  lipidlərin,  fermentlərin,  mineralların,  hormonların müayinəsi, infeksiya törədicisinin aşkar olunması,  autoimmun anticisimlərin, allergik statusun,  hüceyrə və humoral immunitetin göstəricilərinin təyini kimi və s. analizlər aparılır. Laboratoriyanın immunoloji bölməsində aparılan müayinələrin nəticələrinin statistik təhlili mərkəzdə müxtəlif istiqamətdə aparılan bir çox namizədlik və  doktoluq  dissertasiyaların fəsillərini təşkil edir və mərkəzin əməkdaşları tərəfdən elmi-praktik konfrans və  konqreslərdə çıxışları zamanı,  yerli və xarici  mətbuatda öz əksini tapır.

Mərkəzdə təhsil alan rezidentlərə praktik təcrübədən çoxsaylı nümunələr göstərilərək oftalmoimmunologiyadan maraqlı mühazirələr oxunur.

Bundan əlavə olaraq, Mərkəzin  Laborator - Diaqnostik bölməsinin  nəzdində  ekspress- laboratoriya xidməti də bir ilə yaxın müddətdə təşkil olunmuşdur. 24 saat ərzində fəailiyyət göstərən ekspress-laboratoriya günün müxtəlif anlarında Mərkəzə müraciyət edən  xəstələrin laborator müayinələrinin təcili aparılması üçün bütün növ müasir tip avadanlıqlarla təhciz edilmişdir.  Bu xidmət təcili pasientlərin diaqnostikasının və  müalicəsinin gecikdirilməməsində böyük rol oynayır. 

Bir ilə yaxın müddətdə Mərkəzin Masallı regional şöbəsində eyni qaydada laboratoriya bölməsi fəaliyyət göstərir. Bu şöbə Masallı və ətraf bölgələrdən olan pasientlərin laborator müayinəsini aparmaqla, belə xəstələrin cərrahi və konservativ düzgün müalicəsində  böyük rol oynayır.  

Həkimlər: