Tariximiz bizim üçün dərs olmalıdır.Heydər Əliyev

Xəbərlər

Naxçıvanda Azərbaycan oftalmoloqlarının IV regional konfransı keçirilib.
Naxçıvanda Azərbaycan oftalmoloqlarının IV regional konfransı keçirilib.
22.10.2017

Oktyabrın 20-də Naxçıvanda  Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.

Naxcivantv.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan  abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev muzeyinə baxış olub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq  səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təşəkkürünü çatdırıb.

Sonra Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi səhiyyənin inkişafı sahəsində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl iş aparılır. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisasartırma kurslarına cəlb olunurlar. Həmçinin müxtəlif mövzularda konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV regional konfransının keçirilməsi ilə bağlı təşəbbüsü, yüksək ixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir. 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafındakı fəaliyyətinə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edib.

Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını Milli  Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımova təqdim edib.

Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin  direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfü deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti  də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda oftalmoloqların üzləşdiyi problemlərin həllində  də öz yardımını göstərib.  Naxçıvanda bu tədbirin keçirilməsində də məqsəd göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda ölkəmizin digər regionlarından olan oftalmoloqlar göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim edəcəklər. 

Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərindən tibb elmləri doktoru Hicran Namazova, professor Kərəm Kərimov, Ceyhun Nəzərli və tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva konfransda çıxış etmişlər.  

Həmçinin konfransda “Naxçıvanda oftalmoloji xidmətin təşkili və inkişaf tarixi”, “Paralitik çəpgözlüklər: klinika, diaqnostika, cərrahi müalicədə yeniliklərimiz və nailiyyətlərimiz”, “Qarışıq astiqmatizmli xəstələrdə femto-lasik texnologiyasının istifadəsi” və digər mövzularda məruzələr dinlənilib, oftalmoloqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirlər və Elanlar
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 17 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Elmlər akademiyasının kitabxanasında və 19 yanvar 2018-ci il tarixində AZƏRTACın işçiləri arasında oftalmoloji baxış keçirəcək.
16.01.2018
Xəbərlər
12-13 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında Oftalmoloji baxış keçirib.
15.01.2018
Xəbərlər
8-14 yanvar 2018-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2662 xəstə müraciət etmişdir.
15.01.2018
Xəbərlər
11-12 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Elmlər Akademiyasında humanitar aksiya keçirib.
13.01.2018
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 11-12 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında aksiya keçirəcək.
11.01.2018
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda humanitar aksiya keçirib.
06.01.2018
Xəbərlər
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub.
06.01.2018
Xəbərlər
MOM-nin Səyyar Klinikası Cocuq Mərcanlıda
06.01.2018
Xəbərlər
5 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 15 nəfərdən ibarət Səyyar Klinikası Horadiz şəhərində humanitar aksiya keçirmişdir.
06.01.2018
Xəbərlər
25-31 dekabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 1764 xəstə müraciət etmişdir.
03.01.2018
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Şərur rayon xəstəxanasında əhali arasında oftalmoloji baxış keçirmişdir.
03.01.2018
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyəti Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edir!!!
31.12.2017
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2017-ci ildə mühüm yeniliklərə imza atıb.
30.12.2017
Xəbərlər
28.12.2017-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 2017-ci il üzrə yekun ELMİ ŞURA keçirildi.
28.12.2017
Xəbərlər
Professor Kərəm Kərimovun 70 illik yubileyidir.
28.12.2017
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı şəhər Şüvəlan qəsəbəsində humanitar aksiya keçirib.
26.12.2017
Xəbərlər
Səyyar klinika Horadiz şəhəri və Cocuq Mərcanlı kəndində: 5-6 yanvar 2018-ci il
25.12.2017
Xəbərlər
Səyyar klinika DİN-nin Polis Akademiyasında : 25 dekabr 2017-ci il
25.12.2017
Xəbərlər
15.12.2017-ci il tarixində AMEA-nın əsas binasında Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilmişdir.
16.12.2017
Xəbərlər
11-17 dekabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2126 xəstə müraciət etmişdir.
20.12.2017
Xəbərlər
Lalə Axundovanın dissertasiya müdafiəsi uğurla başa çatdı.
12.12.2017
Xəbərlər
Milli Oftalmologiya Mərkəzinin direktoru Moskvada Fəxri medalla təltif olunub.
08.12.2017
Xəbərlər
Moskva XI Beynəlxalq Qlaukoma Konqresində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi iştirak edib.
05.12.2017
Xəbərlər
​20-26 noyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2299 xəstə müraciət etmişdir.
28.11.2017
Xəbərlər
Baş oftalmoloq: Oftalmologiyada problemlər olan sahələr də var.
26.11.2017
Xəbərlər
Lənkəranda gənc oftalmoloqların XI konfransı keçirilib.
25.11.2017
Xəbərlər
13-19 noyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2993 xəstə müraciət etmişdir.
22.11.2017
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirməyə hazırlaşır.
19.11.2017
Xəbərlər
Milli Oftalmologiya Mərkəzində Rəna Böyükkişi qızı Ağayevanın doktorluq dissertasiyası işinin müdafiəsi keçirildi.
16.11.2017
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuz şəhərində humanitar aksiya keçirib.
12.11.2017
Xəbərlər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərində humanitar aksiya keçirib.
10.11.2017
Xəbərlər
Buynuz qişanın transplantasiyasına başlanılır.
08.11.2017
Xəbərlər
Bu xəstələrin İrana getməsinə ehtiyac olmayacaq - Yenilik
08.11.2017
Xəbərlər
Xəstələrə gözün buynuz qişasının transplantasiyasının başlanılacağı tarix AÇIQLANDI.
08.11.2017
Xəbərlər
Tezliklə Azərbaycanda xəstələrə gözün buynuz qişasının köçürülməsinə başlanılacaq.
08.11.2017
Xəbərlər
Azərbaycanda buynuz qişanın transplantasiyasına başlanılır: 3 min xəstə gözləyir.
08.11.2017
Xəbərlər
Tezliklə Azərbaycanda xəstələrə gözün buynuz qişasının köçürülməsinə başlanılacaq.
08.11.2017
Xəbərlər
Azərbaycanda buynuz qişanın transplantasiyasına başlanılır: 3 min xəstə gözləyir.
08.11.2017
Xəbərlər
Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılır.
08.11.2017
Xəbərlər
Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasının başlanılacağı tarix açıqlanıb.
08.11.2017
Xəbərlər
Azərbaycanda buynuz qişanın transplantasiyasına başlanılır.
08.11.2017
Xəbərlər
16-22 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2168 xəstə müraciət etmişdir.
23.10.2017
Xəbərlər
13 oktyabr "Dünya Görmə günü" kimi qeyd edilir.
22.10.2017
Xəbərlər
“Müasir oftalmologiya elminin inkişafı, naliyyətlər və problemlər” mövzusunda konfrans keçirilib.
22.10.2017
Xəbərlər
Azərbaycan Oftalmoloqlarının IV Regional Konfransı keçirilib.
22.10.2017
Xəbərlər
Naxçıvanda Azərbaycan oftalmoloqlarının IV regional konfransı keçirilib.
22.10.2017
Xəbərlər
Naxçıvanda Azərbaycan oftalmoloqlarının IV regional konfransı keçirilib.
22.10.2017
Xəbərlər
Oktyabrın 20-də Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.
22.10.2017
Xəbərlər
09-15 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2160 xəstə müraciət etmişdir.
16.10.2017
Xəbərlər
Gəncədə Dünya Görmə Günü münasibətilə aksiya keçirilib.
16.10.2017
Xəbərlər
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyində aksiya keşirildi.
14.10.2017
Xəbərlər
Bu gün Dünya Görmə Günüdür.
12.10.2017
Xəbərlər
09-10 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 953 xəstə müraciət etmişdir.
11.10.2017
Xəbərlər
06-07 oktyabr 2017-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında əhaliyə Oftalmoloji baxış keçirmişdir.
09.10.2017
Xəbərlər
02-08 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 1513 xəstə müraciət etmişdir.
09.10.2017
Xəbərlər
05 oktyabr 2017-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti Nərimanov rayonunda yerləşən gözdən əlil uşaqlar üçün 5 saylı sağlamlıq imkanları məhdud uşaqların internat məktəbində müayinələr aparmışdır.
06.10.2017
Xəbərlər
02-03 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 632 xəstə müraciət etmişdir.
05.10.2017
Xəbərlər
25 sentyabr- 01 oktyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 1685 xəstə müraciət etmişdir.
03.10.2017
Xəbərlər
29-30 sentyabr 2017-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında əhaliyə Oftalmoloji baxış keçirmişdir.
03.10.2017
Xəbərlər
27-28 sentyabr 2017-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 526 xəstə müraciət etmişdir.
29.09.2017