Konyunktivit

Konyunktivit nədir?

Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir.

Şikayətlər:

Bu xəstəlik gözün qızarması, qıcıqlanması, “yad cisim” hissiyatı ilə özünü biruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif  xarakterli ifrazat ilə ( irin, selik və s. ) müşahidə olunur. Bundan başqa göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma müşahidə oluna bilər.

Aşağıdakı növləri var:

- Bakterial
- Virus mənşəli
- Allergik

Bakterial konyunktivitin müalicəsində geniş spektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir.

Virus konyunktivitində antibiotik müalicə effektiv deyildir. Əgər ikincili infeksiya qoşularsa bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır. Virus konyunktivtinin  müalicəsində soyuq kompres, virus əleyhinə damcılar, süni göz yaşı əvəzedicilərdən istifdə edilir.

Allergik konyunktivitin müalicəsi sensibilizasiya edici faktorun aradan qaldırılması, antihistamin preparatlar, tosqun hüceyrə stabilizatorları, steroid və qeyri-steroid iltihabəleyhinə vasitələrdən istifadə edilir.