Keratokonus

Keratokonus

Keratokonus nədir?

Keratokonus buynuz qişanın qeyri-iltihabi degenerativ ektaziyasıdır. Ektaziya nəticəsində buynuz qişanın incəlməsi və daha qabarıq olması baş verir ki, bu da miopiya və qeyri-müntəzəm astiqmatizmə səbəb olur.

Şikayətlər:

Keratokonus adətən yeniyetmə yaşlarından 20-30 yaşa doğru özünü büruzə verməyə başlayır, lakin xəstəliyin hər bir yaşda başlaması mümkündür. Xəstələr ilk dövrlərdə görmənin tədricən zəifləməsindən, işıq ətrafında rəngli halələr, kölgə görüntüsündən, işığa həssaslıqdan, gözdə qıcıqlanmadan şikayət edirlər.

Müalicə:

Keratokonusun müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir.

Xəstəliyin başlanğıc mərhələsində rigid qaz keçirici kontakt linzaları istifadə olunur.

Keratokonus inkişaf etdikcə CCL, CCL+Ring müalicəsi tətbiq olunur.

CCL ( Corneal Cross-Linking ), keratokonusun inkişafını dayandırmaq üçün istifadə edilən müalicə üsuludur. Bu zaman riboflavin və UV şüalanma ilə buynuz qişa möhkəmləndirilir.

Keraringbuynuz qişanın stromasına yerləşdirilən şəffaf implantlardır. Bu halqalar buynuz qişanın relyefini düzəldərək, gözə düşən işıq şüalarının düzgün yayılmasını təmin edir.

Keratokonusun inkişaf etmiş mərhələsində, buynuz qişanın şəffaflığını itirdiyi halda keratoplastika tətbiq olunur.