Katarakta

Katarakta nədir?

Katarakta şəffaf olan büllurun (lens), öz şəffaflığını itirərək bulanıq görməyə səbəb olmasıdır.

Diaqnoz biomikroskopik müayinə əsasında qoyulur. Katarakta yaranmağa başladıqdan sonra onun qarşısını alacaq dərman müalicəsi yoxdur. Yeganə müalicəsi cərrahi əməliyyatdır.

Uşaqlarda katarakta göz bəbəyinin ortasında ağ pərdə və görməyən gözdə çəplik ilə müşahidə olunur.

Kataraktalı xəstələrin şikayətləri.          

Kataraktalı xəstələrin başlıca şikayəti görmə kəskinliyinin azalması və bulanıq görmədir.

Kataraktası əmələ gələn yaşlı bir insanda tipik göstərici , əvvəllər yaxından görmək üçün istifadə etdiyi hipermetrop (presbiop) eynəyi istifadə etmədən yaxını yaxşı görə bilməsidir.    

Həmçinin, 50-60 yaşdan yuxarı miop eynək taxanlarda getdikcə miop dərəcəsi artan xəstədə ilk olaraq kataraktanı düşünmək lazımdır.  

Bəzi katarakta növlərində xəstələr işıqlı yerlərdə daha az gördüklərini, qaranlıqda isə görmələrinin bir qədər yaxşılaşmasını qeyd edirlər.  

Kataraktanın cərrahi müalicəsi             

Hal – hazırda kataraktanın cərrahi müalicəsində daha müasir üsul olan Fakoemulsifikasiya istifadə edilir.

Bu zaman bulanmış büllur ultrasəs vasitəsilə kiçik hissələrə bölünərək aspirasiya olunur. Daha sonra büllur kisəsinə göz daxili linza yerləşdirilir.

Bü üsulda 2-3 mm ölçüdə kiçik kəsik aparılır və kəsiyə tikiş qoyulmur.

Əməliyyat yerli keyitmə ilə icra olunur.